Qeydiyyat et, e-poçt təsdiqini tamamla, şifrəni təhlükəsiz saxla və lazım olduqda bərpa et.
SeaMaster
SeaMaster-dən necə istifadə etməli?
Platformanın əsas bölmələrini və hazırkı funksiyalarını qısa, aydın addımlarla öyrən.
Ana səhifə SeaMaster-in əsas idarəetmə nöqtəsidir. Sertifikat, Diplom, Dərsliklər, Nəticələr, CV və Dənizçi alətlərinə buradan keçə bilərsən.
Platformanın əsas imkanları
Aşağıdakı bölmələr SeaMaster-in hazırkı istifadə axınını əhatə edir.
İmtahanı seç, mövzuları aç, sualları doğru cavabları və izahları ilə öyrən, sonra nəticəni yoxla.
Mövzunun bütün suallarına bax. Hər sualın variantları, doğru cavabı və mövcud izahı öyrənmə rejimində göstərilir.
Mövzu səhifəsində “PDF yüklə” düyməsi ilə bütün sualları, cavabları və izahları SeaMaster formatında PDF kimi paylaş və saxla.
Sertifikat və Diplom bölmələrində seçdiyin mövzunun bütün sualları üzrə ayrıca tam mövzu imtahanı ver.
Tamamladığın imtahanları, düzgün cavab sayını, keçid statusunu və ümumi irəliləyişini nəticələr bölməsindən izlə.
Şəxsi məlumatlarını, sənədlərini, sertifikatlarını, dəniz təcrübəni və bacarıqlarını daxil edib A4/PDF formatında dənizçi CV-si hazırla.
Dənizçilik üzrə öyrənmə materiallarına və platformada təqdim olunan faydalı resurslara çıxış əldə et.
Təsdiqlənmiş kurs elanlarına bax, detalları öyrən və əlaqə düyməsindən zəng və ya WhatsApp ilə əlaqə saxla.
Dənizçilik vakansiyalarını izlə, şirkət və iş detallarına bax, uyğun elan üçün zəng və ya WhatsApp ilə əlaqə saxla.
Gəmidə və gündəlik peşəkar işdə lazım olan praktik SeaMaster alətlərinə ana səhifədən sürətli keç.
Aktiv olduqda dənizçilik mövzularında sürətli məlumat və istiqamətləndirmə üçün SeaMaster AI köməkçisindən istifadə et.
Premium tələb olunan funksiyada tətbiq səni Premium səhifəsinə yönləndirir. Aktiv status və paket məlumatları profil və Premium bölməsində görünür.
Kurs və ya vakansiya paylaşan tərəfdaş hesabları admin təsdiqindən sonra elan göndərə bilər. Yeni və redaktə edilmiş elanlar ayrıca yoxlanılır.
Şifrə, Haqqımızda, İstifadəçi Təlimatı, İstifadə Şərtləri və digər hüquqi məlumatlara Ayarlar bölməsindən bax.
Şifrəni paylaşma, hesab məlumatlarını aktual saxla və tətbiqdə göstərilən rəsmi əlaqə və yönləndirmələrdən istifadə et.